İki hərbçinin ölümü ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb


Digərləri 06 İyl 2019 14:08:00 173 0

İki hərbçinin ölümü ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Bakı. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb. Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 06.07.2019-cu il tarixdə baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə getmişlər. Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir. Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə,qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.