Bəhreyn və Avstraliyanın mədəni irs nümunələri Dünya İrsi Siyahısına daxil edilib FOTO


Dünya 06 İyl 2019 13:19:00 241 0

Bəhreyn və Avstraliyanın mədəni irs nümunələri Dünya İrsi Siyahısına daxil edilib  FOTO

Bəhreyn və Avstraliyanın mədəni irs nümunələri Dünya İrsi Siyahısına daxil edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 6-da Dünya İrs Siyahısına təklif edilən nümunələrin təqdimat və müzakirəsi ilə işini davam etdirir.

Sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev plenar iclası açaraq tədbirin yüksək səviyyədə keçdiyini diqqətə çatdırdı. Bildirildi ki, iyulun 5-də namizədlik fayllarının müzakirəsi zaman 7 nominasiya Dünya İrsi Siyahısına daxil edilib. Qarşıda bizi yeni məsuliyyətli müzakirələr gözləyir.

İclasda ilk olaraq Bəhreynin Dilmun kurqanlarının nominasiyası ilə bağlı müzakirə başladı. Müzakirələrdən sonra Bəhreynin təqdim etdiyi nominasiya Dünya İrs Siyahısına daxil edildi.

Sədr Bəhreyn dövlətini təbrik edərək bildirdi ki, bu nominasiyanın qəbulu ilə artıq Dünya İrsi Siyahısındakı abidələrin sayı 1100-ə çatmış oldu.


Xəbərə aid fotolar