Azərbaycanda gənc yazar evində ölü tapıldı


Digərləri 06 İyl 2019 12:57:00 205 0

Azərbaycanda gənc yazar evində ölü tapıldı

Azərbaycanda gənc yazar evində ölü tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Mahmud Ağakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.

Yazıçının dostu Ömər Xəyyam APA-ya açıqlamasında bildirib ki, M.Ağakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Ağakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.