Binəqədidə metal qəbulu məntəqəsindən 600 manat dəyərində mis oğurlandı


Kriminal 06 İyl 2019 12:23:00 310 0

Binəqədidə metal qəbulu məntəqəsindən 600 manat dəyərində mis oğurlandı

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfquliyev iyun ayının 29-na keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, bu cinayət əməlinin 3 nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Q.Məmmədov, Ə.Qasımov və Abşeron rayon sakini V.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.