BP TANAPın istismarı üzrə şirkətdə iştirak etməyi planlaşdırmır


Digərləri 06 İyl 2019 12:18:00 230 0

BP TANAPın istismarı üzrə şirkətdə iştirak etməyi planlaşdırmır

Böyük Britaniyanın BP şirkəti Trans-Anadolu qaz kəmərinin (TANAP) istismarı üzrə əməliyyat şirkətində iştirak etməyi planlaşdırmır.

Son.az xəbər verir ki, bunu Trend-ə "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Vitse-prezident bildirib ki, KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, bir müddət Türkiyə mətbuatında BP-nin həmin şirkətin yaradılmasında iştirak etməyi planlaşdırıldığı yazılmışdı.