Hərbi hissədə bədbəxt hadisə 2 hərbçimiz həlak olub, 1 yaralı


Digərləri 06 İyl 2019 12:05:00 235 0

Hərbi hissədə bədbəxt hadisə  2 hərbçimiz həlak olub, 1 yaralı

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyindən Son.az-a daxil olan məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.