İlin boşanma prosesi baş tutdu


Dünya 06 İyl 2019 11:56:00 247 0

İlin boşanma prosesi baş tutdu

"Amazon" şirkətinin prezidenti Ceff Bezos həyat yoldaşı Makkenzidən rəsmən boşanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 5-də Vaşinqton ştatının Kinq dairəsinin hakimi boşanma haqqında qərarı imzalayıb.

Sənədə əsasən, Makkenzi Bezos "Amazon"da 19,7 milyard dollar (4 fazi) dəyərində səhmin sahibi olub. Bu səhmin bazar dəyəri 38,3 milyard dollar təşkil edir. Bununla da o, "Bloomberg"in milyarderlər siyahısında 22-ci yerdə qərarlaşıb.

Ceff Bezos boşanma prosesinə görə ciddi maliyyə itkiləri ilə üzləşib. O, şirkətin 12 fazilik səhmini əldə saxlamaqla 114,8 milyard sərvətlə yenə də dünyanın ən zəngin iş adamı olaraq qalıb.

Xatırladaq ki, 25 il evli olan cütlük bu ilin yanvarında boşanacağını elan edib.