Binəqədidə metal qəbulu məntəqəsindən 600 manat dəyərində mis oğurlandı


Digərləri 06 İyl 2019 11:42:00 265 0

Binəqədidə metal qəbulu məntəqəsindən 600 manat dəyərində mis oğurlandı

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirilib.

Bakı. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfquliyev iyun ayının 29-na keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, bu cinayət əməlinin 3 nəfər tərəfindən törədildiyi müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Q.Məmmədov, Ə.Qasımov və Abşeron rayon sakini V.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıblar.