Pekin hava limanında 600dək reys təxirə salındı


Dünya 06 İyl 2019 11:01:00 253 0

Pekin hava limanında 600dək reys təxirə salındı

Çinin paytaxtı Pekində "Şoudu" hava limanında 600-ə yaxın reys təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərara Pekində hökm sürən kəskin hava şəraiti səbəb olub.

Gün ərzində Pekində şiddətli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, "Şoudu" hava limanında planlaşdırılmış 2 minədək reysdən 265 uçuş və 317 eniş təxirə salınıb.