BŞBPİ: Bakıda itkin düşən Rusiya vətəndaşı Moskvada tapılıb


Digərləri 06 İyl 2019 10:56:00 194 0

BŞBPİ: Bakıda itkin düşən Rusiya vətəndaşı Moskvada tapılıb

Bakıda itkin düşdüyü deyilən Rusiya vətəndaşı tapılıb.

Bakı. Samir Əli - Bakıda itkin düşdüyü deyilən Rusiya vətəndaşı tapılıb. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Rusiya vətəndaşı,1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də Heydər Əliyev adına Hava Limanından Moskva şəhərinə yola düşüb.