Həvəskarlar Liqasına yekun vurulub (FOTO)


Digərləri 06 İyl 2019 10:30:00 206 0

Həvəskarlar Liqasına yekun vurulub (FOTO)

Həvəskarlar Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub.

Bakı. AFFA-nın, Sahə Futbol Federasiyasının dəstəyi, Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən həvəskarlar Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub. Trend-in məlumatına görə, “ASK Arena”da keçirilmiş final oyununda Lənkəranın “Liman” və Bakının “Balaxanı” komandaları qarşılaşıb. 4:0 hesabı ilə qələbə qazanan “Liman” ölkə birinciliyinin qalibi olub. Bürünc medallar isə yarımfinal oyunlarında məğlub olmuş paytaxtın “Gənclik” İK və “Mübariz” komandalarına təqdim olunub.