Rəşad Məcid: “Elza Seyidcahanla qürur duydum”


Şou-biznes 06 İyl 2019 10:07:00 228 0

Rəşad Məcid: “Elza Seyidcahanla qürur duydum”

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Əməkdar artist Elza Seyidcahanın apreldə Heydər Əliyev Sarayında keçirilən solo konserti haqda fikirlərini bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, Rəşad Məcid qeyd edib ki, konsertdə iştirak edə bilməsə də, bu gün televiziya vasitəsilə izləyib:

"Möhtəşəm bir yaradıcılıq nümunəsi. Böyük zəhmət, fərqli zövq, yüksək istedad. Darıxmağa, nəfəs çəkməyə imkan verməyən zəngin səhnə mədəniyyəti və tamaşaçını ovsunda saxlamaq bacarığı. Cadugər sehri. Poeziyanın, teatrın, rəqsin, musiqinin çulğaşan, bir-birində əriyib itən əzəmətli vəhdəti. Hər bir xalqın arzulayacağı, həsəd aparacağı, paxıllıq edəcəyi yüksək sənət performansı. Heyrətləndim və qürur duydum. Elza xanımı və bütün əmək sərf edənləri təbrik edirəm".