Ölkədə aparılan taxıl biçininin STATİSTİKASI


Digərləri 06 İyl 2019 09:07:00 192 0

Ölkədə aparılan taxıl biçininin STATİSTİKASI

Respublika ərazisində taxıl biçini davam edir.

Bakı. Samir Əli - Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 5-nə olan operativ məlumata görə, ölkə ərazisində 853866,7 hektar ərazidə taxıl biçini aparılıb, 327339 hektar ərazidə arpa, 526527,7 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2715634,2 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir. Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Şamaxı ərazisində arpa əkilmiş 12195 hektar sahənin 10479 hektarı artıq biçilib, buğda əkilmiş 29630 hektar sahənin 21539 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 17 s/ha, buğda üzrə məhsuldarlıq 20 s/ha təşkil edir. Cəlilabad ərazisində arpa əkilmiş 4509 hektar sahənin 4460 hektarı artıq biçilib, buğda əkilmiş 54908 hektar sahənin 47742 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 35,2 s/ha, buğda üzrə məhsuldarlıq 37,1 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib. Rayon Buğda Arpa Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Abşeron 307 220 19,0 761 730 12,5 Ağdam 12228 12228 39,0 2215 2215 35,5 Ağdaş 4272,9 4262 25,1 11630 11630 24,1 Ağcabədi 22503 22503 37,1 6672 6672 32,7 Ağsu 20038,5 17630 32,6 16036 15780 31,0 Balakən 1215 1157 28,0 458 458 28,7 Beyləqan 11148 10666 35,2 1765 1765 29,2 Bərdə 9041 9041 44,3 2601 2601 38,9 Biləsuvar 13713 13557 32,0 16456 16456 30,5 Cəbrayıl 2430 2430 35,0 550 550 30,5 Cəlilabad 54907,5 47742 37,1 4509,1 4460 35,2 Füzuli 28621 27859 31,6 8505 8505 29,0 Goranboy 8235 8210 31,0 13750 13750 29,0 Göyçay 8740 8740 30,0 6851 6851 30,5 Hacıqabul 25925 20676 19,0 11008 9967 30,9 İmişli 12715,5 12716 38,7 6322 6322 34,2 İsmayıllı 23200 15073 37,4 6173 6027 31,7 Kürdəmir 18120 18055 34,5 29926 29926 33,3 Qax 10934 10404 30,6 2881 2881 26,2 Qazax 8305 7400 36,8 4250 4218 24,7 Qəbələ 15790 13600 33,0 4400 4200 32,0 Masallı 7496 7496 23,1 2786 2786 21,4 Neftçala 7792,2 7792 33,2 31404 31404 26,8 Oğuz 11969 11000 31,0 4118 4100 30,8 Saatlı 19044 19044 42,9 5822 5822 36,2 Sabirabad 15536 15536 41,1 9600 9600 37,7 Salyan 6817 6817 41,8 9917 9917 36,2 Samux 5941 5941 32,6 3681,5 3676 35,3 Siyəzən 3788 2539 31,5 2516 2494 27,5 Şamaxı 29630 21539 20,0 12195 10479 17,0 Şəki 45961,8 36100 34,3 21626,3 21580 34,3 Tərtər 7087,9 7002,7 41,7 3815 3815 33,7 Tovuz 13740 12190 33,3 1724 1724 26,4 Ucar 7390 7378 29,6 7716 7716 26,7 Yevlax 6631 6631 34,6 5083 5083 28,5 Zərdab 12986 12986 34,3 5730 5730 30,6