Google şirkəti AirDrop funksiyasının analoqunu yaradır


Digərləri 06 İyl 2019 08:55:00 205 0

Google şirkəti AirDrop funksiyasının analoqunu yaradır

Google şirkəti Android cihazlar üçün AirDrop funksiyasının analoqunu hazırlayır. Bu barədə 9to5google saytına istinadən Macdigger saytı xəbər verib. Fast Share adlı yeni funksiya fayl və mətn sənədləri fraqmentlərinin mübadiləsi üçün Bluetooth-dan və Wi-Fi-dan istifadə edəcək. AirDrop-dan fərqli olaraq Fast Share funksiyasının ayarlarında funksiya tərəfindən görünən cihazları da seçmək mümkün olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, hətta funksiya deaktiv olduğu zamanda da seçilmiş kontaktlar cihazı tapa biləcəklər. Güman olunur ki, Fast Share funksiyası Android, Chrome OS, iOS və hətta Wear OS əməliyyat sistemli cihazlarda dəstəklənəcək. iOS əməliyyat sistemli cihazlarda bu funksiyadan istifadə üçün ayrıca tətbiq lazım olacaq. Fast Share funksiyasının nə zaman işə salınacağı barəsində bir məlumat yoxdur.