Rusiyada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanılıb


Dünya 06 İyl 2019 08:38:00 194 0

Rusiyada sərnişinləri zəhərləyən erməni taksi sürücüsü saxlanılıb

Rusiyanın paytaxtı Moskva şəhərində sərnişinləri təsirli maddələrlə zəhərləyən erməni taksi sürücüsü saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya DİN-nin rəsmi nümayəndəsi İrina Volk bildirib.

İ.Volk deyib ki, bir neçə gün əvvəl Moskva polisi bir nəfərin məlum olmayan zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat alıb.

"O, taksi sürücüsünün təklif etdiyi suyu içdikdən sonra özünü pis hiss eləyib".

Polis nümayəndəsi əlavə edib ki, həmin sərnişinin bank kartı oğurlanaraq 16 min rubl məbləğində pul çıxarılıb.