Türkiyədə daşqın səbəbindən çox sayda ev su altında qalıb


Dünya 06 İyl 2019 08:23:00 243 0

Türkiyədə daşqın səbəbindən çox sayda ev su altında qalıb

Türkiyənin Kastamonu vilayətindəki leysan yağışlar daşqına səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, daşqın bir çox evləri su basıb, yolda hərəkət iflic olub.

Hesabata görə, Gökırmak çayının daşması səbəbindən səkkiz baş mal-qaranı su axınları aparıb. Sarımsaq sahələrinə də zərər vurulub.

Daşqın səbəbindən dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir.