Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutub


Dünya 06 İyl 2019 08:13:00 232 0

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutub

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Həma vilayətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Latakiya vilayətinin Əyn-Əl-Əşra, Sanceka yaşayış məntəqələrini və Həma vilayətinin Karkard yaşayış məntəqəsini atəşə tutub".