Qəbələdə 3 otaqlı ev yanıb


Digərləri 06 İyl 2019 08:18:00 224 0

Qəbələdə 3 otaqlı ev yanıb

Qəbələ rayonunda 3 otaqlı ev yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Bum qəsəbəsində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.