Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb


Digərləri 06 İyl 2019 07:45:00 182 0

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb

2019-cu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,9 faiz artaraq 2 milyard 066,5 milyon manat olub.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,9 faiz artaraq 2 milyard 066,5 milyon manat olub. Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 490,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,1 faizini təşkil edib. 2019-cu ilin yanvar-may aylarında iaşə dövriyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz artaraq 369,3 milyon manat olub.