Beynəlxalq vahidlər sisteminə həsr olunan marka buraxılacaq


Digərləri 06 İyl 2019 06:25:00 193 0

Beynəlxalq vahidlər sisteminə həsr olunan marka buraxılacaq

9 iyul tarixində Beynəlxalq vahidlər sisteminə həsr olunan marka poçt dövriyyəsinə buraxılacaq.

Bakı. 9 iyul tarixində Beynəlxalq vahidlər sisteminə həsr olunan marka poçt dövriyyəsinə buraxılacaq. Trend-in məlumatına görə, poçt markasının üzərində Beynəlxalq vahidlər sisteminə daxil olan bəzi vahidlər öz əksini tapacaq. Bu orijinal poçt vərəqi 131×131 mm ölçülərində hazırlanacaq və 9 markadan ibarət olacaq. Markalar isə 37×37 mm ölçülərində tədavülə buraxılacaq. Layihə dizayner-rəssam S.Kapranova məxsusdur. Bu maraqlı markanın nominal dəyəri 53 rubl, tiraji isə 126 min nüsxə təşkil olunacaq. Hər vərəqin tiraji isə 14 min nüsxə olacaq.