Sabunçuda 3 otaqlı ev yanıb


Digərləri 06 İyl 2019 04:24:32 221 0

Sabunçuda 3 otaqlı ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda yanğın qeydə alınıb

Bakı. Bakı şəhərinin Sabunçu rayonunda yanğın qeydə alınıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonda ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyü, 2 otağının yanar konstruksiyaları və əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.