1980ci illərin qalın kəmərləri yenidən dəbdə FOTO


Digərləri 05 İyl 2019 23:50:00 746 0

1980ci illərin qalın kəmərləri yenidən dəbdə  FOTO

https://publika.az/news/deb/283736.html

Əgər bədən quruluşunun qədd-qamətli qalmasına çalışırsınızsa, yeni aksessuar tendensiyası xoşunuza gələcək.

Son.az xəbər verir ki, 80-ci illərin qızılı toqqalı qalın kəmər dəbi yenidən aktualdır. Və bunu biz tanınmış model Emili Ratakovskiyə borcluyuq. Çünki qalın kəmərlər son dövrlərdə onun sayəsində məşhurlaşıb.

Madonna, Sindi Loper, ümumiyyətlə, hər bir qız 1980-cı illərin ortalarında boş köynək, don və sviterlərin üstündən enli kəmər taxırdı. İlk baxışdan diqqətçəkən bu akessuarı rahat geyimlərlə uyğunlaşdırıb özünəməxsus obraz yaratmaq dəbdə idi.

Bu gün stilistlər plastik və ya muncuqlarla işlənmiş qalın kəmərlərə deyil, daha klassik versiyalara yönəlməyi məsləhət görür. Dəri kəməri bəzəyən qızılı toqqalar axşam dəvətləri üçün də uyğundur. Əgər bədən quruluşunuz icazə verirsə, Emili Ratakovskinin bu stilini təkrarlaya bilərsiniz. Belə bir obraza cəsarət etməyən xanımlar isə donları, şalvar, ipək və şifon bluz, yaxud da bir qədər boş pencəkləri qalın kəmərlə uzlaşdıra bilər. (publika.az)