İstivurmanı necə tanımalı, müalicə etməli və qarşısını almalı


Digərləri 05 İyl 2019 22:49:00 213 0

İstivurmanı necə tanımalı, müalicə etməli və qarşısını almalı

Son.az AZƏRTAC-a istinadən istivurmanın əlamətləri, müalicəsi və ondan qorunmağın yolları barədə məlumat verir.

İstivurma orqanizmdə mübadilə proseslərinin pozulmasına və ürək-damar problemlərinin yaranmasına səbəb olur. Məsələn, istivurma zamanı ürək qısılmaları sürətlənir, qan damarları sıxılır və nəticədə ürək, baş-beyin və böyrəklərin funksiyaları pozulur.

İstivurmada baş-beyin hüceyrələrinin fəallaşması nəticəsində onun fəaliyyəti pozulur. Fəal surətdə anticisimlər əmələ gəlməyə başlayır, hüceyrə funksiyaları pozulur, bədən vacib siqnallara artıq reaksiya vermir.

Başqa sözlə desək, insan ətrafında nələr baş verdiyini anlamaq iqtidarında olmur. Hərəkətlərinə, sözlərinə və fikirlərinə nəzarət etmək çətinləşir. O, cəmi bir neçə dəqiqə əvvəl olanları xatırlamaqda əziyyət çəkir, nə etdiyini başa düşmür. Məhz buna görə də istivurma əlamətləri müşahidə olunan insanı tək qoymaq olmaz.

İstivurmanın müalicəsinə dərhal başlanmalıdır. Əks halda baş-beyində labüd dəyişikliklər baş verir, daxili orqanların funksiyaları pozulur.

İstivurmanın iki növü var: onun passiv formasında maye çatışmazlığı müşahidə olunur, intensiv formasında istilikvermə prosesi pozulur.

İstivurmanın passiv formasının tam bir sıra əlamətləri var: yüngül başgicəllənmə, ürəkbulanma, ürəkdöyünmənin pozulması, təngnəfəslik. Bu zaman dərinin rəngi dəyişmir və bədənin temperaturu olduğu kimi qalır.

İstivurmanın orta dərəcəsinin əlamətləri başqadır. Bu zaman güclü başağrısı, gözlərin qaralması, tərləmə, hərarətin 40 dərəcəyə qədər yüksəlməsi, burundan qan açılması, suallara qeyri-müəyyən cavab verilməməsi, taxikardiya və ürəkgetmə kimi əlamətlər müşahidə olunur.

İstivurmanın ağır forması müvazinəti və eşitmə qabiliyyətini itirmə, şüurun dumanlanması, ürəkgetmə, qıcolma, yüngül hallüsinasiyalar, dərinin qızarması, ürəkdöyünmənin və təngnəfəsliyin sürətlənməsi, hərarətin 41-42 dərəcəyə qədər yüksəlməsi, bədənin susuzlaşması və hətta koma kimi hallarla müşayiət olunur.