Dünya Okeanının ən DƏHŞƏTLİ SİRRİ FOTO


Digərləri 05 İyl 2019 22:35:00 213 0

Dünya Okeanının ən DƏHŞƏTLİ SİRRİ  FOTO

Planetimizin əsas hissəsi dünya okeanından ibarətdir. Təsadüfi deyil ki, okeanın böyük bir hissəsi hələ də tədqiq edilməyib.

Son.az ölkə.az-a istinadən dünya okeanının sirləri barədə yazını təqdim edir.

Yazıçı Hovard Fillips Lavkraft 1928-ci ildə "Ktulxu səsi" əsərini yazır. Bu əsər Rlyex adlı, okeanın dibinə batmış şəhərin qalıqları arasında yaşayan qorxunc bədheybətdən bəhs edir. Maraqlıdır ki, hadisələr Sakit okeanda baş verir. Yazıçı konkret koordinatlar da verir: "47 dərəcə 9 dəqiqə cənub en dairəsi və 126 dərəcə 43 dəqiqə qərb".

1992-ci ildə xorvat mühəndis və tədqiqatçı Xrvoye Lukatela yer kürəsinin ən uzaq və əlçatmaz nöqtəsini müəyyən etmək istəyir. Bu zaman əldə edilən koordinatlar Ktulxunun yaşadığı yerə çox yaxın məsafəni göstərir. Amma mühəndis başqa yazıçının, Jül Vernin pərəstişkarı idi və buna görə də ərazini kapitan Nemonun şərəfinə adlandırır. Amma 1997-ci ildə Lavkraft yenidən xatırlanır. Alimlər  Nemo rayonunda suyun altından qəribə səslər eşidirlər. Sonradan isə böyük buz parçasının suya düşdüyünü və bu səsi yaratdığını deyirlər. Orada suyun altında nəhəng heyvan, batmış şəhər, nəhəng sualtı qayıq olduğunu heç kəs bilir. Amma oranı kosmik zibillik adlandırmaq olar. Burada vaxtı ötmüş peyk, gəmi və digər texnikanı batırırlar. Məsələn, Sovetin "Mir" stansiyası, "Salyut"un altı stansiyası, "SpaceX" raketləri, 5 kosmik yük, "Jules Verne" gəmisi burada suyun dibindədir.

1950-ci illərin əvvəlində Şimal donanmasının sualtı qayığının ekipajı Norveç dənizində qəribə səslər qeydə alır. Komandir ehtimal edir ki, hansısa məxluqlar gəmini mühasirəyə alıb. "Üfüqi və vertikal formada aktiv manevrlər edirlər. Onların səsi bizə naməlumdur. Onları təsnifatlandıra bilmirik", - deyə kapitanın qeydində bildirilir.

Soyuq müharibə dövrü olduğu üçün sovet hərbçiləri düşündülər ki, qarşı tərəf yeni sistemdən istifadə edir. SSRİ Hərbi Dəniz Donanması "Kvaker" adlı yeni proqram tətbiqinə başladı. 30 il baş sındırsalar da, səsin nə olduğunu anlamadılar. Proqram sadəcə bağlandı. Artıq amerikalılar da bu səslə tanış idilər. Okeanoqraf Kristofer Foks qurbağa qurultusuna bənzər səsi təsnifatlandırmışdı. Əsas versiyaya görə bu səslə kitləri qorxudurdular. Amma mübahisələr hələ də davam edir.

Müəmmalı "ada"

Yenə də qəbirstanlıq. Bu dəfə kosmik yox, dəniz gəmiləri, kreyser, tanker vəs. Eyni zamanda təyyarə və tanklar. Minlərlə dənizçi və əsgər. İkinci dünya müharibəsində Yaponiyanın bazası olub. 1944-cü ildə amerikalılar "Hilston" əməliyyatı ilə bazanı məhv ediblər. Hər şey suyun dibinə gedib. Həvəskar dayverlər tez-tez suyun dibinə baş vururlar. Amma yerli sakinlər bunu məsləhət görmürlər. Çünki tez-tez dalğıclar itkin düşürlər və meyitlərini də tapmaq olmur. Amma ada yoxdur. Məşhur dəniz səyyahı Ceyms Kuk XVIII əsrdə onu xəritəyə salıb. 1908-ci ildə isə xəritələrdə xatırlanır. 2012-ci ildə "Google" xəritələrində də var. Amma son illər adanı tapmaq olmur. Bundan başqa, göstərilən yerdə okeanın dərinliyi ən azı 1300 metrdir. Orada delfinlər və kitlər üzmür. Ərazidə ən azı dörd gəmi və 3 qırıcı olmalıdır. Ərazini "Bermud üçbucağı" ilə müqayisə edirlər. 1953-cü ildə 3 gəmi yoxa çıxır. Gəmilər SOS siqnalı da verməyə vaxt tapa bilməmişdilər. Ərziyə "Kale-maru-5" tədqiqatçı ekspedisiya yola düşür. Onu da eyni aqibət gözləyir.


Xəbərə aid fotolar