Ağacda leylək yuva bağlar gedər... FOTO


Digərləri 05 İyl 2019 22:22:00 310 0

Ağacda leylək yuva bağlar gedər...  FOTO

Danimarkada ağacların təpəsində yeni otel yaradılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Løvtag" adlandırılmış otel Yutlandiya adasındadır.

Hazırda yalnız bir nömrənin tikintisi başa çatıb, digərlərinin tikintisi isə davam edir.

Buna baxmayaraq, təqribən 70 bron qeydə alınıb: səhər yeməyinin də daxil olduğu iki nəfərlik gecələmənin qiyməti 2750 Danimarka kronudur (360 avrodan çox).

Yeni otelin sahibi Rasmus Libek səkkiz il əvvəl atası ailəyə məxsus kiçik meşədən əldə olunmuş oduncaq məhsulunun daha qazanc gətirmədiyindən şikayətlənəndə tikintiyə başlamaq qərarına gəlib. O vaxt atası oğluna belə bir istəklə müraciət edib: ağacların təpəsində otel inşa etmək və turistlərə icarəyə vermək olmazmı? Libek deyib: "Nədənsə mən bu ideyadan imtina edə bilmədim. Elə o vaxtdan onun üzərində çalışıram".

Libekin sözlərinə görə, ağacın təpəsində koma ona 1,5 milyon Danimarka kronuna (200 min avrodan çox) başa gəlib. Otaq dizayner mebeli, su kəməri, elektrik enerjisi, tualet və vanna otağı ilə təchiz edilib.


Xəbərə aid fotolar