Almaniyada 5G mobil rabitə şəbəkəsi işə salınıb


Digərləri 05 İyl 2019 21:11:00 262 0

Almaniyada 5G mobil rabitə şəbəkəsi işə salınıb

Almaniyanın Berlin və Bonn şəhərlərində beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir müddət sonra 5G şəbəkəsi Hamburq, Darmştadt, Leypsiq və Münxendə də işə salınacaq. Bu il yüzdən çox nöqtədə beşinci nəsil mobil rabitəni dəstəkləyən 300-ə yaxın antena quraşdırılacaq. 2020-ci ilin sonunadək şəbəkə Almaniyanın 20 ən böyük şəhərini əhatə etməlidir.

İyunun ortalarında ölkənin mobil operatorları yeni standart tezlikləri üçün 6,5 milyard avrodan çox pul ödəyiblər. Tezliklərin satış hərracında Deutsche Telekom, Vodafone, Telefonica və United Internet iştirak ediblər.