Roma-dan 20 milyonluq transfer


İdman 05 İyl 2019 21:14:00 269 0

Roma-dan 20 milyonluq transfer

İtaliyanın Roma klubu heyətini yeni futbolçuyla gücləndirib.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi Betis-dən Pau Lopeslə anlaşıb. Lopesin yaxın zamanda tibbi müayinədən keçərək, Roma ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Roma 25 yaşlı qolkiper üçün Betis-ə 20 milyon avro ödəyəcək. Lopes İspaniya millisinin də üzvüdür.