Səfir: "ABŞ Azərbaycanın yanındadır" FOTO


Siyasət 05 İyl 2019 20:52:00 223 0

Səfir: "ABŞ Azərbaycanın yanındadır"  FOTO

ABŞ Azərbaycanın yanında olub və bu gün də yanındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

Səfir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edən vaxtdan bəri ABŞ onu dəstəkləyir:

"25 ildən artıqdır ki, ABŞ Azərbaycanı dəstəkləyir. Bu gün də Azərbaycanın dünyada rolu artdığı vaxt, biz sizin yanınızdayıq".

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanla ABŞ-la arasında sıx strateji əməkdaşlıq mövcuddur.