Səfir: ABŞ Azərbaycanın yanındadır (FOTO)


Digərləri 05 İyl 2019 20:43:00 214 0

Səfir: ABŞ Azərbaycanın yanındadır (FOTO)

ABŞ Azərbaycanın yanında olub və bu gün də yanındadır.

Bakı. Ləman Zeynalova - ABŞ Azərbaycanın yanında olub və bu gün də yanındadır. Trend-in məlumatına görə, bunu ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberger bildirib. Səfir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edən vaxtdan bəri ABŞ onu dəstəkləyir: "25 ildən artıqdır ki, ABŞ Azərbaycanı dəstəkləyir. Bu gün də Azərbaycanın dünyada rolu artdığı vaxt, biz sizin yanınızdayıq". Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanla ABŞ-la arasında sıx strateji əməkdaşlıq mövcuddur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin