Azərbaycanlı İŞİDçinin dul qadını Səbinə...


Digərləri 05 İyl 2019 20:28:00 215 1

Azərbaycanlı İŞİDçinin dul qadını Səbinə...

İŞİD terrorçusunun dul qalmış həyat yoldaşı bu günlərdə Almaniya məhkəməsi önünə çıxarılaraq mühakimə olunub. Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən və həbs olunmazdan bir müddət öncə vətənə dönən 32 yaşlı qadın 5 il azadlıqdan məhrum edilib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı alman mətbuatı məlumat yayıb.

İttihama görə, iki uşaq anası Səbinə Z. 22 yaşında olarkən islamı qəbul edib. O, 2013-cü ilədək ailəsi ilə birgə Berlində yaşayıb. Ərindən ayrıldıqdan sonra isə Suriyaya yollanıb. İŞİD-in fəal üzvlərindən biri, əslən azərbaycanlı olan şəxslə yenidən ailə qurub.

İkinci ərini döyüşdə itirən Səbinə dörd il Suriyada və İraqda yaşayıb. Ev işləri və təsərrüfatla məşğul olan qadın ikinci nikahdan daha iki övlad dünyaya gətirib.