Mərkəzi Bank: Nağdsız ödənişlərin həcmi artıb


Digərləri 05 İyl 2019 20:25:00 229 0

Mərkəzi Bank: Nağdsız ödənişlərin həcmi artıb

2019-cu ilin may ayında kartlar vasitəsilə həyata keçirilən qeyri-nağd ödənişlərin həcmi 363 milyon manat olub.

Bakı. Mərkəzi Bankın statistikasına əsasən, 2019-cu ilin may ayında kartlar vasitəsilə həyata keçirilən qeyri-nağd ödənişlərin həcmi 363 milyon manat olub. Trend-in məlumatına görə, bu məbləğin 247 milyon manatı elektron ticarətin payına düşür, qalan 100 milyon manat ödəniş POS-terminallar, 16 milyon manat isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. 2019-cu ilin mayında debet və kredit kartları ilə aparılan əməliyyatların sayında da artım qeydə alınıb. Hesabata əsasən, bu il iyunun 1-dək həmin əməliyyatların həcmi 1 milyard 961 milyon manat olub.