"Balina" deyib xətrinə dəyirdilər


Digərləri 05 İyl 2019 20:14:00 259 0

"Balina" deyib xətrinə dəyirdilər

Anasının arıqlamasını görən London sakini Karlin O`Donoxyu 60 kiloqram arıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 7 yaşlı qızın sözlərinə görə, o, uzun müddət piylənmədən əziyyət çəkib. Vaxtı ilə onun çəkisi 140 kiloqrama çatıb. Küçədə Karlinin yanından keçən hər kəs ona "balina" deyirdi.

"Ölçülərimə görə özümü həmişə bədbəxt hiss edirdim, amma özümü hər şey qaydasındaymış kimi göstərirdim", - o, jurnalistlərə bildirib.

Anasının 50 kiloqram arıqladığını görən qız 2017-ci ilin yayında bədən quruluşunu dəyişmək qərarına gəlib. O, "fast-food"dan və başqa zərərli qidalardan imtina edib. Karlin daha çox meyvə və tərəvəzə üstünlük verməyə başlayıb. Bir il ərzində o, 25 kiloqram arıqlayıb. Qız bununla kifayətlənməyib yoluna davam edib.


Xəbərə aid fotolar