Mədəni irs abidələri ilə bağlı daha iki təqdimata baxıldı - Babil şəhərinin qalıqları və metallurgiya sobaları


Digərləri 05 İyl 2019 20:15:12 217 0

Mədəni irs abidələri ilə bağlı daha iki təqdimata baxıldı - Babil şəhərinin qalıqları və metallurgiya sobaları

İyulun 5-də Dünya İrs Komitəsi 43-cü sessiyasının plenar iclasının son bölümü Dünya irsi siyahısına təklif edilən mədəniyyət abidələri ilə bağlı təqdimatlara həsr olundu.

Bakı. Elçin mehdiyev - İyulun 5-də Dünya İrs Komitəsi 43-cü sessiyasının plenar iclasının son bölümü Dünya irsi siyahısına təklif edilən mədəniyyət abidələri ilə bağlı təqdimatlara həsr olundu. Trend-in məlumatına görə, mədəniyyət abidələri arasında ilk müzakirə edilən Burkina Fasodakı qədim metallurgiya sobalarının məsələsi idi. Anqola nümayəndəsi Burkina Fasonu Afrika sivilizasiyası abidəsinin Dünya irs siyahısına təklif etməsi münasibətilə təbrik etdi. Həm də yerli əhalinin bu qədim istehsalını davam etdirməyə çağırdı. Sənəd yekdilliklə təsdiq edildi. Növbəti mövzu 1983-cü ildə arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim Babil şəhəri (İraq) qalıqlarının Dünya irs siyahısına daxil edilməsi oldu. Lakin bu məsələdə fikirlər haçalandı: Babil qalasının birbaşa Təhlükədə olan abidələr siyahısına salınması təklif edildi. 1050 hektar ərazini əhatə edən Babil abidəsinin yaxınlığında illər əvvəl hərbi bazanın yerləşdiyi xatırlandı. Babil qalasının konservasiya işlərini qaydaya salmaq üçün İraq hökumətinə beş vaxt vermək təklif edildi. Ərazinin 80 faizinin hələ də torpaq altında olduğu da diqqətə çatdırıldı. Abidənin dünya əhəmiyyətli olması nəzərə alınaraq burada İraq hökuməti ilə beynəlxalq təşkilatların da birgə çalışması, bufer zonasının hüdudlarının yenidən nəzərdən keçirilməsi tövsiyə edildi. Qərar layihəsi təklif edilən təkliflər nəzərə alınmaqla təsdiq edildi. İclasa sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev sessiya iştirakçılarına bu məsələyə böyük diqqət göstərdiklərinə, bəşər tarixinə həssas münasibətilə minnətdarlığını bildirdi.