Bakıda tikinti şirkətinin rəhbəri ev alan vətəndaşa qarşı dələduzluq etdi - 56 min manat


Digərləri 05 İyl 2019 19:55:00 199 0

Bakıda tikinti şirkətinin rəhbəri ev alan vətəndaşa qarşı dələduzluq etdi - 56 min manat

Bakıda tikinti şirkətində ev almaq istəyən vətəndaşa qarşı dələduzluq edilib.

Bakı. Samir Əli - Bakıda tikinti şirkətində ev almaq istəyən vətəndaşa qarşı dələduzluq edilib. Trend-in məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Nərimanov rayon sakini Hüşənov Şaban Əbdüllətif oğlu mənzil almaq üçün F. Xoyski küçəsi 107 ünvanında yerləşən "Şakir MTK"ya məxsus tikinti şirkətinin ofisində Şakir adlı şəxsə 56 min 426 manat verib. Lakin Şakir həmin şəxsi aldadaraq pulu mənimsəyib.