Nazir müavini: "Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb"


Digərləri 05 İyl 2019 19:40:00 263 0

Nazir müavini: "Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb"

2019-cu ilin 5 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Çin biznes forumunda deyib.

O bildirib ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu göstərici 2,6 faiz artıb:

"Ötən il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil etmişdi. Azərbaycanın Çin iqtisadiyyatına investisiyaları 1,7 milyard dollar, Çinin Azərbaycan iqtisadiyyatına investisiyaları isə 800 milyon dollar təşkil edib. Hazırda Azərbaycanda Çin kapitalı ilə 119 şirkət işləyir".