Genoa Galatasaray-ın futbolçusunu transfer etdi


İdman 05 İyl 2019 19:20:00 262 0

Genoa Galatasaray-ın futbolçusunu transfer etdi

İtaliyanın Genoa klubu heyətinə yeni futbolçu cəlb edib.

Goal.az klubun saytna istinadən xəbər verir ki, A Seriyası təmsilçisi son klubu Galatasaray olan Sinan Gümüşü transfer edib. 25 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2014-cü ildən Galatasaray-da forma geyinən Gümüş, Super Liqada iştirak etdiyi 75 qarşılaşmada 19 qol vurub. Onun “sarı-qırmızılar”la müqaviləsinin müddəti iyulun 1-də bitmişdi.