Yengəclər bəndi dağıtdılar:


Dünya 05 İyl 2019 19:00:00 259 0

Yengəclər bəndi dağıtdılar:

Hindistanın Maharaştra ştatında Tivare su bəndinin dağılmasına yengəclərin hücumu səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, son dövrlərdə bəndin ətrafına çoxlu sayda yengəc yığışması barədə yerli sakinlər məlumat verib.

Ehtimal olunur ki, yengəclə bəndin istinadlarını zəiflədiblər və su sızıntısı baş verib. Qeyd olunur ki, buna qədər bənddə heç bir su sızıntısı baş verməyibmiş.

Xatırladaq ki, Tivare su bəndinin dağılması nəticəsində 18 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.