Siqaretdən daha qorxulu:


Digərləri 05 İyl 2019 18:45:00 256 0

Siqaretdən daha qorxulu:

Köklük hazırda dörd geniş yayılmış xərçəng növünün yaranmasına siqaretdən daha çox səbəb olur.

Bağırsaq, böyrək, yumurtalıq və qaraciyər xərçəngini daha çox köklük yaradır, nəinki siqaret çəkmək, Britaniya Xərçəng Araşdırmaları xeyriyyə təşkilatı bildirir.

Son.az xəbər verir ki, qurum milyonlarla insanın artıq çəkisinə görə xərçəng riski daşıdığını və həddindən artıq kök insanların siqaret çəkənləri ikidə bir nisbətində üstələdiyini deyir.

Qurumun köklük-xərçəng riskini göstərən yeni reklam bilbordu tənqidlərə səbəb olub.

- Piylənmə riski insan hələ körpəykən təxmin edilə bilir     - Nə yemək yox, nə zaman yemək önəmlidir     "Bəli mən kökəm. Və baxın, necə yaşayıram"    Tənqidçilər deyirlər ki, təşkilatın "Artıq çəki də xərçəng yaradır" cümləsi yazılmış siqaret qutularının rəsimləri əks olunmuş reklamı köklüyü aşağılayır.

Britaniya Xərçəng Araşdırmaları isə bu iddiaları rədd edirək deyir ki, məsələ nə kök insanları günahlandırmaqda, nə də siqaret və köklüyün xərçənglə müqayisə edilməsindədir. Hər ikisi insanların xərçəng riskini artırır.

Əslində Britaniyada siqaret xərçəng riskini artıran səbəblər arasında hələ də birincidir.

Lakin dörd geniş yayılmış xərçəng növündə səbəb kimi artıq çəkinin adı çəkilir.

    Uzun və sağlam həyatın sirri: az yemək

Hesablamalara görə, hər il 42 min yeni bağırsaq xərçəngi halının səbəbi 4800 dəfə köklük, 2900 dəfə isə siqaret olub.

Böyrək xərçəngində 12900 haldan 2900-nün səbəbi köklük, 1600-nün səbəbi siqaret olub. 5,900 qaraciyər xərçəngi halına 1,300 dəfə köklük, 1200 dəfə siqaret səbəb olub.