Moskvada ticarət mərkəzi təxliyə olunur


Dünya 05 İyl 2019 18:48:00 213 0

Moskvada ticarət mərkəzi təxliyə olunur

Rusiyanın paytaxtı Moskvanın mərkəzi hissəsində "Novomoskovski" ticarət mərkəzindən insanlar təxliyə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, buna ticarət mərkəzinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən yanğın səbəb olub.

Məntəqədə yanğın 4 çəni əhatə edib. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı deyilir.

Yanğınla əlaqədar partlayış təhlükəsinin olduğu bildirilir.