Tite Braziliya millisini Çin klubuna dəyişir


Digərləri 05 İyl 2019 18:43:00 223 0

Tite Braziliya millisini Çin klubuna dəyişir

Braziliya millisinin baş məşqçisi Tite Amerika kuboku başa çatdıqdan sonra yığmanı tərk edəcək

Bakı. Braziliya millisinin baş məşqçisi Tite Amerika kuboku başa çatdıqdan sonra yığmanı tərk edəcək. Trend-in məlumatına görə, Tite Peru ilə final oyunun nəticəsindən asılı olmayaraq, bu addımı atacaq. 58 yaşlı mütəxəssisin Çinin "Beyçzin Qoan" klubuna baş məşqçi təyin ediləcəyi deyilir. Braziliya Futbol Federasiyası isə yeni baş məşqçi üçün "Qremio"nu çalışdıran Renato Qauşa ilə artıq danışıqlara başlayıb.