Moskvada ticarət mərkəzi təxliyə olunur


Digərləri 05 İyl 2019 18:32:00 219 0

Moskvada ticarət mərkəzi təxliyə olunur

Rusiyanın paytaxtı Moskvanın mərkəzi hissəsində “Novomoskovski” ticarət mərkəzindən insanlar təxliyə olunur

Bakı. Rusiyanın paytaxtı Moskvanın mərkəzi hissəsində “Novomoskovski” ticarət mərkəzindən insanlar təxliyə olunur. Trend-in məlumatına görə, buna ticarət mərkəzinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən yanğın səbəb olub. Məntəqədə yanğın 4 çəni əhatə edib. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı deyilir.