Bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib (FOTO)


Digərləri 05 İyl 2019 18:12:00 167 0

Bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib (FOTO)

Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.

Bakı. Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, istehlakçıların sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun təşkili vacib amillərdəndir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Növbəti belə nəzarət tədbiri Agentliyin Gəncə regional bölməsi tərəfindən Gəncə şəhərinin Natəvan qəsəbəsində həyata keçirilib.