Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək (FOTO)


Digərləri 05 İyl 2019 18:01:00 234 0

Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək (FOTO)

“Aztelekom” MMC-nin Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb.

Bakı. “Aztelekom” MMC-nin Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilib. Qeyd edilir ki, nəticədə telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib. Belə ki, ötən bir il ərzində Qusar şəhərində və kəndlərində 461 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 1426 nəfər artım qeydə alınıb. Həyata keçirilən tədbirlər nəticəsində yaxın zamanlarda indiyədək telefonlaşmayan Qusarın Aşağı-İmamqulu kəndində 160 nömrəlik yeni elektron ATS montaj olunaraq istifadəyə veriləcək. Elektron ATS-ə uzunluğu 4500 metr fiber-optik kabel çəkilir. Qurulan yeni EATS vasitəsilə 1500 metr məsafədə yerləşən qonşu Mucuqoba kəndinə də xidmət göstəriləcək. Gələcəkdə rabitə xidmətlərinə əlavə ehtiyac yaranarsa EATS-in nömrə tutumu 512 nömrəyədək artırılacaq. Bundan başqa, rayon Mərkəzi Elektron ATS-də 30 nömrəlik, Qayakənd kəndindən Qusar şəhərinə 100 nömrəlik, Samur kəndinə 80 nömrəlik daxili xətt şəbəkəsi tikilib. Əcəxur kəndinə 1600 metr fiber-optik kabel çəkilərək 32 nömrəlik mini ATS quraşdırılıb istifadəyə verilib, Nəcəfkənd və Yuxarı Kalunxur kəndlərinə 1750 metr fiber-optik kabel çəkilib.