Bakıda yeniyetməni şantaj edib 610 min manatını alan dəstə üzvlərinə hökm oxundu


Kriminal 05 İyl 2019 17:43:00 216 0

Bakıda yeniyetməni şantaj edib 610 min manatını alan dəstə üzvlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və hədə-qorxu ilə tələb etmədə ittiham olunan Famil Qafarov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Qafarov 9 il, Ş.Tarverdiyev 8 il, E.Əliağazadə isə 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, dəstə üzvləri Füzuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.

Rayon sakini, 2000-ci il təvəllüdlü R.Rüstəmov Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək bildirib ki, 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızılları əlindən alınıb.

Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Tarverdiyev, 1992-ci il təvəllüdlü, Şirvan şəhər sakini F.Qafarov və 1993-cü il təvəllüdlü, Astara rayon sakini E.Əliağazadə məsuliyyətə cəlb olunublar.

Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər.