Əməkdar artist: "Bu gün Bakıda yaşamaqyaratmaq şərəfdir"


Siyasət 05 İyl 2019 17:48:36 187 0

Əməkdar artist: "Bu gün Bakıda yaşamaqyaratmaq şərəfdir"

Bu gün cəmiyyətimizin bütün təbəqələrində böyük ruh yüksəkliyi, gələcəyə inam və heç vaxt olmadığı kimi güclü vətənpərvərlik hisləri formalaşıb. Bu hisslərin aşılanmasında, əlbəttə ki, sənət adamlarının xüsusi rolu var.

Son.az xəbər verir ki, tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə Prezident İlham Əliyevin mədəniyyətə göstərdiyi yüksək qayğıdan, eləcə də ölkəmizin inkişafından, həyata keçirilən islahatlar və abadlıq-quruculuq işlərindən məmnunluqla danışdı:

"Azərbaycan Ordusu bu gün dünyanın inkişaf etmiş ölkələrinin orduları sırasındadır. Ölkəmizdə aparılan böyük islahatlar, müxtəlif sahələrin inkişafı, eyni zamanda Azərbaycan Ordusunun gücü, qüdrəti hər kəsə məlumdur. Mədəniyyət xadimləri öz nəğmələri, şeirləri ilə ordumuza ruh yüksəskliyi verirlər. Mən də yaradıcı bir insan kimi fəaliyyətimdə vətənpərvərlik mövzusuna önəm verirəm. Hətta, bir ifaçı kimi ilk CD toplum hərbi vətənpərvərlik mahnılarından ibarət olub. Düşünürəm ki, mədəniyyət və incəsənət xadimləri hər zaman öz repertuarlarında vətənpərvərlik mövzusuna geniş yer verməlidirlər".

R.Qasımov bildirib ki, ölkəmizdə dövlət səviyyəsində mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət və qayğı göstərilir: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın incəsənət xadimlərinə xüsusi diqqət və qayğısı var. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətini mütəmadi olaraq dünyada, Avropa ölkələrində təbliğ etməsi, incəsənət ustalarının beynəlxalq arenalarda, eyni zamanda dünyanın məşhur musiqiçilərinin Azərbaycanda çıxışını təmin etməsi, dostluq əlaqələri qurması təbii ki, bizim incəsənətimizə böyük bir tövhədir. Bu gün Azərbaycanda incəsənət xadimlərimiz sırasında çalışan gənc istedadlara dövlət tərəfindən böyük qayğı göstərilir ki, bu da onlara öz yaradıcılıqlarını daha yaxşı təqdim etməyə zəmin yaradır. Mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm".

Əməkdar artist qeyd etdi ki, müasir Azərbaycanının gözü Bakı şəhəri də bu illər ərzində gözəçarpacaq dərəcədə dəyişib. 5 il öncə Bakıya gələn turistlər indi buranı tanımırlar: "Yaradıcı insanlar da ölkədəki bu inkişafı görür və daha da ruhlanırlar. Səmimi olaraq qeyd etmək istəyirəm ki, bu gün Bakımızda yaşamaq-yaratmaq şərəfdir. Mən də çalışıram ki, Bakıya, doğma Azərbaycanıma sevgimi məhz nəğmələrdə, mahnılarda ifadə edim".