ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib (FOTO)


Digərləri 05 İyl 2019 17:04:00 212 0

ADU-da imtahanlarla bağlı növbəti mediatur keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyası ilə bağlı növbəti mediatur keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyası ilə bağlı növbəti mediatur keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib. İmtahan sessiyasının nəticəsi barədə məlumat verən universitet rəhbəri apelyasiyaya müraciət edən tələbələrin sayında azalmanın müşahidə olunduğu diqqətə çatdırıb. O, imtahanla bağlı statistika barədə də məlumat verib. İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan akademik Kamal Abdulla imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması və hər bir imtahan otağında lüğət və proqramın qoyulduğunu sözlərinə əlavə edib. Rektor imtahanları tədris prosesinin davamı və komponenti kimi dəyərləndirib. Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev ali məktəblərdə diskusiyaların böyük əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, imtahanlar nə qədər şəffaf və obyektiv keçirilirsə, birmənalı şəkildə tədris prosesinə də öz müsbət təsirini göstərir. Təhsil eksperti mətbuatda ADU haqqında neqativ halların çox az eşidildiyini vurğulayıb və bunu ADU-da son dövrlərdə aparılan islahatların müsbət nəticəsi kimi dəyərləndirib. ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Əfqan Abdullayev universitetdə Keyfiyyətin təminatı və karyera mərkəzinin fəaliyyətindən söz açıb. Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Sevinc Zeynalova ADU-nun Dil və tərcümə xidmətləri mərkəzinin fəaliyyətindən söz açıb, yenicə başa çatmış PETRA və NİZAMİ layihələrində ADU-nun çox fəal iştirak etdiyini bildirib.