Keşlə Tərlan Əhmədovla bağlı qərarını açıqladı


İdman 05 İyl 2019 16:50:00 374 0

Keşlə Tərlan Əhmədovla bağlı qərarını açıqladı

İyunun 20-dən növbəti mövsümün hazırlıqlarına başlayan "Keşlə"də məşqçilər korpusunun tərkibi təsdiqlənib.

Goal.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, baş məşqçi Tərlan Əhmədov və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha birillik müqavilə imzalanıb. Tərlan Əhmədova yeni mövsümdə Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər.

Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.