"Mənə gündə əlli mahnı göndərirlər ki..."


Şou-biznes 05 İyl 2019 15:33:00 313 0

"Mənə gündə əlli mahnı göndərirlər ki..."

Müğənni Mənzurə Musayeva ATV-də Günay Firudinqızının aparıcılığı ilə yayımlanan "Ulduzlu yayım" verilişinin qonağı olub. Sənətçi sənəti və şəxsi həyatı barədə bir sıra sualları cavablandırıb.

Son.az ölkə.az-a istinadən həmin müsahibəni təqdim edir.

- Hələ bu yaşa qədər heç nə etdirməmişəm. Kosmoteloq dostlarımız var. Hərdən deyirlər ki, gəl, botoks edək. Bu yaxınlarda ilk dəfə alnıma botoks etdirmişəm. Deyirlər ki, alnında qırışlar var. Adamın üzündə qırış olar da. Gərək elə botoks olsun? Qorxuram ki, əməliyyat etdirərəm, sonra üzüm əyilər. Nəsə xoşuna gəlmirsə, kəs, getsin. Üzünü doldurmaqdansa kəsməyin tərəfdarıyam (gülür). Məsələn, burnum üç dəfə əməliyyat olunub. "Youtube"da cavanlıq şəkillərim var, baxa bilərsiniz ki, burnum heç vaxt yekə olmayıb. Sadəcə, nəfəsimdə problem var idi. Birinci əməliyyatdan sonra da problem aradan qalxmadığına görə növbəti əməliyyatları etdirdim. Çünki mən oxuyuram, düzgün nəfəs almalıyam. Üçüncü əməliyyatdan sonra daha yaxşı nəfəs alıram.

- Atalar üçdən deyib.

- Hə (gülür). Allah etsin yaxşı olsun. Yenə nəfəs ala bilməsəm, dördüncü dəfə də əməliyyata girəcəyəm.  

- Bodrumda ərə getdiz?

- (gülür) Yenə alınmadı. Alınmır məndə, neyniyim? 

- Ümumiyyətlə, xarici vətəndaşla ailə qurarsız?

- İnanmıram.