Partizani - Qarabağ matçını islandiyalı hakim idarə edəcək


İdman 05 İyl 2019 15:12:00 292 0

Partizani - Qarabağ matçını islandiyalı hakim idarə edəcək

Qarabağ-ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Partizani ilə Albaniyada keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, mayın 10-da paytaxt Tiranadakı Selman Stermasi adına stadionda baş tutacaq matçı islandiyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Torvaldür Arnasondur. Yohann Qunnar Qudmundssonla Andri Vigfusson yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim isə Pyotr Qudmundsson olacaq.

Ədalət təmsilçilərinin işinə avstriyalı hakim-inspektor Konrad Plautz qiymət verəcək. UEFA nümayəndəsi isə hollandiyalı Tammo Beishuizendir.

Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.