Türkiyədə TERROR - Partlayışda ölənlər və yaralananlar var (FOTO)


Digərləri 05 İyl 2019 15:16:00 227 0

Türkiyədə TERROR - Partlayışda ölənlər və yaralananlar var (FOTO)

Türkiyənin Hatay vilayətində güclü partlayış baş verib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Hatay vilayətində güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayış vilayətin Reyhanlı rayonunda qeydə alınıb. Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var. Ölənlər arasında 3 nəfər Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 Suriya vətəndaşının isə yaralandığı qeyd edilir.